KOBİA İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Bakı, 24 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) prezidenti Aleks Kaplun ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin ölkələrimizin KOB-ları arasında əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, bu istiqamətdə palata ilə əməkdaşlıq və birgə tədbirlərin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb.