Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köçəri mədəniyyətinin yaratdığı bayram...

Bakı, 14 sentyabr, AZƏRTAC

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları böyük uğurla başa çatıb. Tədbirdə 89 ölkədən gəlmiş 2800 nümayəndə iştirak edib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz təəssüratlarını tanınmış jurnalist, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə bölüşüb. AZƏRTAC həmin təəssüratları təqdim edir.

-Türk Mədəniyyəti və İrsi Fondu öz adına sadiq qalaraq, bu dəfə də türklərin qədim adət-ənənə və mədəniyyətini nümayiş etdirmək məqsədilə paytaxt Astanada V Dünya Köçəri Oyunlarına qatılmaqdan məmnunluq duyur. Bizim Fond bu genişmiqyaslı tədbirdə iki böyük türk çadırı - qazaxların dediyi kimi iki jurta qurmuşdu. Bu çadırlarda Azərbaycan, Türkiyə, Qırğızıstana aid mədəni və tətbiqi sənət, əl işləri nümayiş olunurdu. Azərbaycandan dəvətli olan İçərişəhər Ənənəvi İncəsənət ustaları, Qırğızıstandan saçaq, çadır divarlarını bəzəyən xalça toxuyanlar, rəssamlar, heyvanların buynuzundan, sümüklərindən gözəl sənət əsəri yaradan ustalar, Türkiyədən isə qədim ebru, kalliqrafiya və xəttatlıq, nəqşibəndilik sənətini yaşadan istedadlı və peşəkar sənətkarlar dəvət olunmuşdular.

Özünüz də gördünüz ki, bizim çadırlara gələn qonaqlar adını saydığım sənət növlərinə necə maraq göstərirdilər. Adından gördüyünüz kimi, bizim Fond qədim türk irsinin və mədəniyyətinin qorunması üçün çalışır. Burada qoruduqlarımızı, aşkara çıxardıqlarımızı dünyanın 89 ölkəsindən və 5 qitəsindən gələn qonaqlara layiqincə göstərə bildik. Etnoaulda qurulan yüzlərlə çadırın içərisində çadırlarımızı ziyarət edənlərin heyranlığını görmək məndə qürur hissi yaradırdı. Əslində, o çadırlarda nümayiş olunan əl işləri, toxunan tikmələr, bəzəklər türk xanımlarının gözünün nuru, ürəklərinin istisi ilə toxunan əl işləridir. Hər bir elementin öz simvolu, mənası vardır. Xanımlar bu işləmələrlə hər bir elementin insan həyatında, məişətində nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışıblar.

-Aktotı xanım, mənim diqqətimi çəkən Qazaxıstanın Milli Muzeyində keçirilən “Köçərilər: tarix, bilgi , dərslər” adlı elmi-praktik konfrans oldu.

-Bəli, bu konfransda dünyanın 89 ölkəsindən dəvətli olan 75 alim elmi məruzə ilə çıxış etdi. Məruzələrin hamısında köçərilərin, Böyük çöldə yaşayan türklərin həyat və məişəti, şahlanma dövrü, heyvanları əhliləşdirmə bacarıqları, silah düzəltmələri, incə-zərif zərgərlik məmulatları, geyimləri, kosmopolit ənənələri, inancları, intəhasız çöllərdə ulduz işığına qət etdikləri yollar və yaratdıqları xəritələr haqqında, hətta nə yeyib-içdikləri, isti və soyuq səhralarda, çöllərdə ərzaqlarını necə əldə etmələri, saxlamaları haqqında çox maraqlı məruzələr dinlənildi. 3 gün davam edən konfransda 1200 dinləyici iştirak etdi. Bu konfransda ən çox diqqətə və müzakirəyə səbəb olan isə Azərbaycandan dəvət olunmuş tarix elmləri doktoru Həsən Həsənovun türk sivilizasiyası, qədim köklərimiz haqqında elmi məruzəsi oldu. Böyük adamlar, böyük auditoriyaları mat qoya bilirlər.

-Köçəri Oyunları çərçivəsində Qazaxıstan dövləti proqrama 21 oyun növü salmışdı. Hər bir oyunun da kökü və ənənəsi qədim dövrlərə gedib çıxır.

-V Dünya Köçəri Oyunlarının açılış mərasimində qonaqları Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev salamladı. Onun çıxışında maraqlı bir məqam var idi. Dedi ki, biz əvvəllər xalqlarımıza məxsus olan bu oyunları Olimpiada adlandırırdıq. Necə deyərlər, köçərilərin Olimpiadası. İndi isə bu oyunları dünyaya nümayiş etməklə, köçərilərin sivilizasiyasını göstərir, eyni zamanda, idmanın birgə hörmət və həmrəylik rəmzi olduğunu qlobal səviyyədə göstərmək istəyirik. Qazaxıstan Prezidentinin dediyi kimi, idman həm də sülhə çağırışdır. Yadınızdadırsa, Olimpiada keçirilən ölkələrin bir devizi olardı: “Dünyaya sülh!”. Qazaxıstan da, bütün türk dövlətləri də hər zaman bu arzu ilə yaşayıb və bəşəriyyətə gərəkli olan bu arzunu həyata alnıaçıq, üzüağ keçiriblər.

Köçəri Oyunlarında ali qonaq kimi iştirak edən Dünya Etnospor Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan da öz çıxışında qeyd etdi ki, Astanada böyük möhtəşəmlik və qələbəliklə keçirilən Dünya Köçərilərinin Oyunları milli idman növlərinin birləşdirilməsini ideya kimi bir araya gətirən çox mühüm hadisədir. Biz bununla ümumi mədəniyyətimizi qoruyur və gələcək nəsillərə ötürürük.

Belə möhtəşəm tədbirlərin keçirilməsi, 5 qitədən gələn qonaqların türk çadırlarında bir araya gəlməsi, türk torpaqlarında yarışan atların ayaq səslərinin özü türk sivilizasiyasının və mədəniyyətinin harmoniyasıdır. Bu oyunlarda at üstündə təkcə batırlarımız deyil, eyni zamanda boylu-buxunlu gözəl xanımlarımız, qızlarımız da yarışırdılar. Təsadüfi deyil ki, 21 növ çölçü və köçəri oyunlarında 100 medal dəsti qazanıldı. Əslində, burada iştirak edən ölkələrin hamısı qalib idi. Amerika, Kanada, Yaponiya, Argentina və Avropadan gələn qonaqları həm də “Püt”,”Jambı” “Qalxan” oyunlarında atı çaparaq hədəfə ox, nizə atan türk qızları heyran etdilər. Onların hər birinin at belində şahanə oturuşu, hədəfə atdığı ox və nizələrin yan keçməməsi də bir başqa sevinc və heyranlıq yaradırdı.

-Elmi konfransda həm də Köçəri Oyunların fəlsəfəsindən danışıldı. Bu fəlsəfənin nədən ibarət olduğu da maraqlıdır.

-Türk dünyasının və Böyük Çölün fəlsəfi fikir adamı, tanınmış və unudulmayan şairimiz Abay Kunanbayevin Yeddi Xəzinə fəlsəfəsi həqiqətən də Köçəri Oyunlarının mayasını təşkil edirdi. Yeddi Xəzinə ənənəvi qazax dünyagörüşündə fəlsəfi anlayışlardan biridir. Qazax xalqı Yeddi Xəzinəni insanın həyatı ilə əlaqələndirir və onun konsepsiyasına aşağıdakıları aid edir:

1. batır - yəni igid ər;

2. gözəl və ağıllı qadın;

3. ov tazısı ;

4. Beren tapançası - qədim dövrdəki tapançanın adı idi. Yəni silah.

5. köhlən at;

6. ağıl və bilik;

7. bir də berkut - yəni qartal.

Qazax xalqının Yeddi Xəzinəsi həm də “Yeddi əməl” deməkdir. Siz özünüz gördünüz ki, hər çadırın qarşısında oturan milli geyimdəki, boylu-buxunlu, iricüssəli oğlanlar, gözəl bayan-qızlar belə qollarında qartal tutmuşdular. Yanlarındakı tazı iti tumarlayırdılar. Atın da alnından öpürdülər. Bu heyvanlar hər zaman türkün və Böyük Çöl oğlunun yolyoldaşı olublar.

Təsadüfi deyil ki, bu günlərdə qazax xalqının istəyi ilə tazı cinsli it qazaxların və türk xalqlarının mədəni-məişətinin iti kimi Dünyanın Qeyri-Maddi İrs Siyahısına daxil edildi.

-Qazaxlar demiş, birgə bolaq, xanım Aktotı Raimkulova.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur