KOFİ ANNAN ASİYA ÖLKƏLƏRİNƏ SƏFƏRİNİ TƏXİRƏ SALMIŞDIR
K.Annan Çinə, Cənubi Koreyaya, Yaponiyaya və Vyetnama səfər etməli idi. Lakin bir həftə əvvəl ABŞ bildirmişdir ki, Baş Məclis təşkilatda islahatlar aparılması paketini ilin sonunadək təsdiq etməyəcəyi təqdirdə BMT büdcəsinin qəbul olunmasını dayandıracaqdır. BMT nümayəndələrinin sözlərinə görə, idarəetmə sistemi də daxil olmaqla, islahatlar paketi yalnız fevral ayında hazır ola bilər. Lakin bu müddət təşkilatın müntəzəm büdcəsinə əsas ödəyici olan (22 faiz) ABŞ-ı razı salmır.
Kofi Annan BMT-nin növbəti iki il üçün 3,6 milyard dollar məbləğində xərclərini ilin axırınadək təsdiq etmək təklifini irəli sürmüşdür. Baş katib xəbərdarlıq etmişdir ki, əks halda BMT ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər.
İslahatlar paketinə 2005-ci il zirvə toplantısında qəbul olunmuş qərarlar - BMT-nin sülh quruculuğu komissiyasının yaradılması, habelə BMT insan hüquqları komissiyasının İnsan Hüquqları Şurası ilə əvəz edilməsi haqqında qərarlar daxildir. Sammitin yekun sənədinin başlıca müddəalarından biri BMT-nin idarəçilik sistemində radikal islahatlar aparılması ilə bağlıdır. Sənəddə daxili nəzarət mexanizminin möhkəmləndirilməsi, BMT Katibliyinin işində böyük şəffaflıq və təhtəlhesablıq məsələləri öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]