KOFİ ANNAN BMT GÜNÜ MÜNASİBƏTİLƏMÜRACİƏT ETMİŞDİR
Müraciətdə BMT-nin 59 il əvvəl sülh, insan hüquqları və inkişafın əsas vasitəsi kimi yaradıldığını, bu istiqamətdə xeyli iş görüldüyünü, lakin hazırda çoxlu insanın zorakılıq və təzyiqin, aclıq və yoxsulluğun, cəhalət və xəstəliklərin qurbanı olduğu qeyd edilmişdir. Baş katib ümumi təhlükəsizlik naminə insanların daha çox çalışmalı olduğunu bildirmiş, onların qorxu və məhrumiyyətlərdən azad həyat yaşamağa ehtiyacı olduğunu vurğulamışdır.