KOFİ ANNAN BMT GÜNÜ MÜNASİBƏTİLƏMÜRACİƏT ETMİŞDİR
Keçən ay dünya dövlətlərinin rəhbərləri bu problemlərin həlli istiqamətində ümumi nəticəyə gəlmək üçün Dünya Sammitində insan hüquqlarını təmin etmək və müharibələrdən zərər çəkmiş ölkələrdə davamlı sülhü bərqərar etmək məqsədi ilə bu sahələrdə BMT-nin yeni qurumlarını təsis etməyi qərara aldıqlarını bildirən baş katib, toplantıda bundan əlavə, BMT-də islahatların aparılmasının da qərara alındığını diqqətə çatdırır.
Bununla belə ölkə rəhbərlərinin nüvə silahlarının yayılmasının qarşısının alınması və tərksilah barədə razılığa gələ bilməmələrindən təəssüfünü qeyd edən K.Annan bəşəriyyəti bu cür problemlərin həllinə çağırır: “Bu gün, əvəzolunmaz təşkilatımızın yaranmasının 60-cı ildönümündə mən öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirəcəyimə söz verirəm. İnanıram ki, dünya vətəndaşları kimi siz də əlinizdən gələni əsirgəməyəcəksiniz”.