Kölndə bomba tapılması ilə əlaqədar 6 min sakin təxliyə edilib
Berlin, 28 noyabr, AZƏRTAC
Almaniyanın Köln şəhərinin Qremberqhoven rayonunda aparılan axtarış işləri zamanı İkinci Dünya müharibəsinə aid iki partlamamış bomba aşkar edilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ingilis istehsalı olan bombaların zərərsizləşdirilməsi üçün təxminən 6 min sakin müvəqqəti olaraq evlərindən təxliyə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ətraf 500 metrlik sahədə xüsusi zona yaradılıb, önəmli dəmiryolu xətti müvəqqəti bağlanıb və qatarların hərəkətində dəyişikliklər tətbiq olunub.
Əməliyyat uğurla başa çatdırılıb, partlamamış bombalar zərərsizləşdirilərək daşınıb. Sakinlər və nəqliyyat xidmətlərinin adi rejimdə fəaliyyəti bərpa edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [21:07]
Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib
- 16.05.2026 [18:46]
Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb
- 16.05.2026 [15:53]
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub
- 16.05.2026 [15:28]
16 May - Beynəlxalq İşıq Günüdür
- 16.05.2026 [11:31]
Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb
- 16.05.2026 [09:54]
Yaponiya güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]