Komitə sədri: Azərbaycanda 2253 məscid var
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idisə, bu gün onların sayı 2253-dür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
Mübariz Qurbanlı bildirib ki, yalnız son 20 ildə Azərbaycanda 435 məscid inşa edilərək istifadəyə verilib.
“İşğaldan azad olunmuş ərazilərdə hazırda dini abidələrin bərpası işləri gedir. Ermənilər istər İslama, istərsə də xristianlığa və digər dinlərə qarşı vəhşilik ediblər”, - deyə komitə sədri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]