“Kompetensiyaların qiymətləndirilməsi üçün keyslərin hazırlanması” – təlim
Bakı, 2 iyun, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin təşkilatçılığı ilə “Kompetensiyaların qiymətləndirilməsi üçün keyslərin hazırlanması” təlimi başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimdə qiymətləndirmə vasitəsi kimi “Qiymətləndirmə mərkəzləri” haqqında giriş məlumatı verilib. Təlim qiymətləndirmə mərkəzləri üçün müxtəlif növ keyslərin hazırlanması, onlara qoyulan əsas tələblər, bu prosesdə ola biləcək çətinliklər və onların minimuma endirilməsi yolları, həmçinin qiymətləndirmə bacarıqlarının formalaşdırılması üçün praktiki tapşırıqlara həsr olunub.
Üç gün davam edəcək təlim təcrübəli xarici təlimçilər tərəfindən keçirilir və ölkəmizin neft və qaz, bank, telekommunikasiya sahələrində qabaqcıl qurumların nümayəndələri ilə təmsil olunur.