Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sisteminin yeniləməsini ləğv edib.
AZƏRTAC korporasiyaya istinadla xəbər verir ki, “Microsoft” tərəfindən “KB4559309” sistem yeniləməsinin “KB4576754” ilə əvəzlənməsi barədə qərar qəbul edilib. Yeni sistem yeniləməsi də məcburidir və köhnəlmiş “Internet Explorer” brauzerini “Edge” ilə əvəzləyir.
“Windows” texniki dəstək mütəxəssisi bildirir ki, bu sistem yeniləməsi əvvəllər buraxılan “KB4541301”, “KB4541302” və “KB4559309” yeniləmələrini əvəzləyəcək.
Yeniləmə sənədlərinə görə, “KB4576754” avtomatik yükləniləcək - onun yüklənilməsi üçün istifadəçinin iştirakı tələb olunmur. Korporasiya nümayəndələri qeyd edib ki, hazırda onlar “KB4576754” yeniləməsi ilə əlaqədar nasazlıqlar barədə məlumata malik deyillər.
Bir müddət əvvəl “Microsoft” yaz yeniləmələrindən birində problemin olduğunu etiraf edib. Mütəxəssislər vurğulayıblar ki, korporasiya yeniləmənin quraşdırılmasını dayandırıb və istifadəçilərdən onun səbəb olduğu problemlər barədə informasiya toplayır. İyunun sonunda “Windows 10” istifadəçiləri kompüterlərin yüklənmə vaxtının artmasına və oyunlarda ekranda göstərilən kadrların saniyə sayının azalmasına səbəb olan “KB4559309” yeniləməsindən şikayətləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]