Konfrans Liqası: "Zirə" "Hayduk"la oyunda fasiləyə üstün yollanıb
Bakı, 23 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə"-"Hayduk" (Xorvatiya) oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz "Neftçi Arena"da təşkil olunan görüşün 31-ci dəqiqəsində Brahim Konatenin vurduğu qolla fasiləyə üstün yollanıb.
"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Belə ki, zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.
Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edir.