Konfrans Liqası: “Qarabağ” bu gün “Gent”lə cavab oyununa çıxacaq
Bakı, 23 fevral, AZƏRTAC
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.
Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.
"Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin "Qarabağ"a qarşı oynaması isə sual altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]