Konfrans Liqası: “Zirə” və “Sabah”ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Bakı, 5 avqust, AZƏRTAC
İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə turnirdəki Azərbaycan təmsilçiləri “Zirə” və “Sabah” klublarının da potensial rəqibləri bəlli olub.
III təsnifat mərhələsində Rəşad Sadıqovun yetirmələri “Osiyek”i (Xorvatiya) mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə, Krunoslav Renduliçin komandası isə İrlandiya təmsilçisi “Sent-Patriks”i üstələsə, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab qarşılaşmaları isə 29-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]