“Könüllü DOST”lara təşəkkürnamələr təqdim olunub
Bakı, 3 fevral, AZƏRTAC
DOST Agentliyinin "Könüllü DOST" proqramının təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları birgə tədbir keçiriblər. Müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Bakı Şəhər Halqası Könüllüləri, "Turizm Könüllüləri" İctimai Birliyi, "Gənc Könüllülər" Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi Könüllüləri, "Nəqliyyat Könüllüləri" Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Ekokönüllüləri" Qrupu və "Könüllü gömrükçü" Dəstəsi iştirak ediblər.
Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim olunub.