“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçılarının sualları cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və mədəniyyət komitələrinin sədrləri Səməd Seyidov və Rafael Hüseynov və deputat Rasim Musabəyov parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə məlumat veriblər. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırılıblar. Qeyd olunub ki, bu cür layihələr gənclərə böyük təcrübə qazandırır, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.
Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda layihə iştirakçılarının sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]