“Korean Air” Təl-Əvivə uçuşları dayandırıb
Pekin, 10 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın əsas aviasiya şirkəti olan “Korean Air” Seuldan Təl-Əvivə bu həftəyə planlaşdırılan uçuşları HƏMAS yaraqlıları ilə İsrail arasında silahlı münaqişə səbəbindən ləğv edib.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, Seul-Təl-Əviv uçuşları ləğv olunsa da, oktyabrın 10-na nəzərdə tutulan Təl-Əviv-Seul reysi hələ qüvvədədir. İsraildən Cənubi Koreyaya uçuşlar barədə qərar Təl-Əviv hava limanında vəziyyət təhlil olunduqdan sonra veriləcək.
Cənubi Koreya hökuməti silahlı toqquşmalarla əlaqədar vətəndaşlarına İsrailə getməməyi, İsraildəki koreyalıların isə oranı tərk etməyi tövsiyə edib. Ehtimala əsasən, İsraildə 570 Cənubi Koreya vətəndaşı yaşayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]