KOREYA İLƏ İQTİSADİ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Koreya Respublikasının Ticarət, Sənaye və Təbii Sərvətlər Nazirliyinin metal və neft-kimya qrupunun direktoru Nam Çanq Xyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Əsasən, kimya sənayesi işçilərindən ibarət heyətə Koreyanın məşhur SK, LG Chem, KP Chemikal corp, KPİA və digər şirkətlərinin təmsilçiləri daxildir.
Görüşdə iki ölkə arasında neft-kimya sənayesi sahəsində əməkdaşlığın qurulması məsələləri müzakirə edilmişdir. Belə danışıqların nəticələrinin əhəmiyyətli olduğu, gələcəkdə informasiya mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]