Koreya müharibəsində həlak olmuş çinli əsgərlərin qalıqları Çinə təhvil veriləcək
Pekin, 24 sentyabr, AZƏRTAC
Koreya müharibəsində həlak olmuş çinli əsgərlərin meyitlərinin qalıqlarının növbəti hissəsi Çinə təhvil veriləcək.
AZƏRTAC xəbər verir ki, qalıqlar qarşıdakı günlərdə Cənubi Koreyadan gətirilərək Çində yenidən dəfn ediləcək. Bu, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı həlak olmuş çinli əsgərlərin qalıqlarının Çinə təhvil verilməsi barədə 2013-cü ildə iki ölkə arasında imzalanmış razılaşmaya əsasən həyata keçirilən 7-ci aksiyadır. Sonuncu aksiya keçən ilin aprelində olub.
Xatırladaq ki, Koreya müharibəsi zamanı Çin xalq könüllüləri Şimali Koreya tərəfdən vuruşublar. Çin tərəfinin məlumatına əsasən, həmin müharibədə 200 minə yaxın çinli həlak olub, onların çoxu Koreya yarımadasında dəfn edilib. Ötən 6 ildə Cənubi Koreya 599 çinli əsgərin meyitinin qalıqlarını Çinə qaytarıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]