Koreyalı məktəblilərə Azərbaycan haqqında məlumat verilib
Pekin, 10 iyul, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Seuldakı Qlobal Mədəniyyət və Dil Təhsili Mərkəzində ibtidai sinif şagirdləri üçün Azərbaycan haqqında interaktiv maarifləndirici mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının Koreyada tanıdılması istiqamətində fəaliyyət göstərən həmvətənimiz Leyla Məsimli mühazirə zamanı şagirdlərə Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərləri haqqında məlumat verib. Mövzu ilə bağlı sualları düzgün cavablandıran şagirdlərə suvenirlər hədiyyə edilib.
Tədbirin məqsədi koreyalı məktəbliləri Azərbaycanla yaxından tanış etmək və onlarda ölkəmizə marağı artırmaq olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin