Koronavirusla əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb
Daşkənd, 10 mart, AZƏRTAC
Koronavirus təhlükəsi ilə əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb.
AZƏRTAC Özbəkistanın Bədən Tərbiyəsi və İdman Nazirliyinə istinadla xəbər verir ki, milli komandaların xaricdə keçirilən yarışlara qatılması da həmin ölkələrdəki vəziyyətdən asılı olacaq. Başqa sözlə, Özbəkistan koronavirusun tüğyan etdiyi ölkələrdə keçirilən yarışlara qatılmayacaq. Ölkədaxili bütün yarışlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra keçiriləcək.
Xatırladaq ki, Daşkənddə keçirilməli olan ağır atletika üzrə Asiya çempionatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]