KÖRPƏLƏRİN EVDƏ DÜNYAYA GƏLMƏSİ NARAHATLIQ DOĞURUR
Şəhərin baş ginekoloqu, tibb elmləri namizədi Mədinə Məmmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, vəziyyət təhlükəli şəkil almışdır. Çünki həm qeyri-tibb müəssisələrində dünyaya gələn uşaqların, həm də onların analarının doğuşdan sonra, bəzən hətta ölümlə nəticələnən müxtəlif xəstəliklərə tutulması təhlükəsi artır. Bununla əlaqədar, şəhər səhiyyə şöbəsində geniş tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur. Planda qadın məsləhətxanalarının, xüsusilə, sahə xidmətlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi nəzərdə tutulmuşdur. Mütəxəssislərin fikrincə, hamilə qadınların vaxtında qeydiyyata alınması, himayə edilməsi bu zərərli praktikanın aradan qaldırılmasına imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]