Azərbaycan Dövlət İnformasiya Agentliyi

Korrupsiya qalmaqalı ilə çalxalanan Avropa Parlamentinin “ədalət” axtarışı

Korrupsiya qalmaqalı ilə çalxalanan Avropa Parlamentinin “ədalət” axtarışı

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Avropa Parlamentinin yaxın tarıxinə baxsaq, bu qurumun korrupsiya mənbəyi olması haqqında dolaşan söhbətlər təsdiqini tapmaqla yanaşı, onun həqiqi siması da üzə çıxır. Azərbaycanın guya demokratik ölkə olmadığını iddia edən və ölkəmizə qarşı qərəzli sənəd qəbul etməyə hazırlaşan Avropa Parlamentinin sədr müavini xanım Eva Kayli hazırda istintaq altındadır.

AZƏRTAC xəbər verir ki, ötən ilin dekabrında polisin həyata keçirdiyi əməliyyat nəticəsində Eva Kayli rüşvət və korrupsiya ittihamı ilə həbs edilib. Belçikada nəşr olunan “Le Soir” qəzeti yazır ki, korrupsiya şəbəkəsi quran Eva Kayli bu işə vətəndaş sevgilisi Françesko Corcia və atası Pyer Antonio Panserini də qatıb. O və F.Corcia əvvəlcə “Ədalətsiz sülh olmaz” adlı qeyri-hökumət təşkilatı yaradaraq guya hüquq müdafiəsi ilə məşğul olmağa başlayıblar. Lakin bu təşkilatın əsas işi müxtəlif dövlətlərdən pul alıb E.Kayliyə ötürmək və bu pulun müqabilində həmin dövlətlərin maraqlarını müdafiə edən qərarların Avropa Parlamentində çıxarılmasına nail olmaqdan ibarət idi. Sevgililərin yaratdığı təşkilatın adında “ədalət” sözünün olması da düşünmək üçün əsas verir. Məgər, Avropada ədalət və sülh yoxdur ki, bu iki sevgili böyük demokratiya tarixinə malik olan bir qitədə ədalətli sülh axtarmağa başlayıblar? Bu düşüncədən çıxan nəticə ondan ibarətdir ki, məqsəd sülh və ədalət deyil, bu ad altında rüşvət toplamaqdır.

Polisin apardığı axtarışlar zamanı Eva Kaylinin evindən 600 min avro, iş otağından isə 20 min avroya yaxın nəğd pul tapılıb. Təbii ki, nə E.Kayli, nə onun sevgilisi, nə də İtaliya ərazisində alınan rüşvəti çantada Belçikaya daşıya atası Panseri bu pulların mənbəyini izah edə bilməyiblər. Bunlar polis tərəfindən aşkara çıxarılan işlərdir. İctimaiyyətə məlum olmayan belə “ədalət axtarışı” yəqin ki, çox olub.

Yunanıstanda nəşr olunan “To Pontiki” qəzeti yazır ki, Panseri hələ 2019-cu ildə “Fight Impunity” adlı qeyri-hökumət təşkilatı yaratmışdı. Əlbəttə, bu dövr onun qızının siyasi fəaliyyətin aktiv dövrü idi. E.Kayli Avropa Parlamentinin sədr müavini seçilmişdi və siyasi nüfuza malik idi. “Fight Impunity” təşkilatına heç də sadə adamlar cəlb olunmadı. “Hüquq müdafiəsi” adı altında fəaliyyət göstərən təşkilata Avropanın tanınmış simaları - Avropa Parlamentinin keçmiş rəhbəri Federika Moqerini, Fransanın keçmiş iqtisadiyyat naziri Bernar Kaznev, Avropa Parlamentinin keçmiş komissarı Dmitros Avramopuls və başqaları daxil idilər. İlk baxışdan pis düşünülməyib. Axı nüfuzu olmayan adama heç kim inanmaz və etibar etməz. Bu kimi nüfuzlu adamların adından sui-istifadə də öz bəhrəsini verdi və Avropa Parlamenti rəsmisi korrupsiya planlarını həyata keçirdi.

İndi belə bir təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini izah etməyə ehtiyac qalmır. Lakin Avropa Parlamentinin ədalətindən fərqli olaraq, ədalət naminə demək lazımdır ki, bu kimi qalmaqala cəlb olunan qurum ədalətli qərar verə bilərmi? Cavab birmənalidir. Əlbəttə, yox. Avropada fəaliyyət göstərən erməni lobbisi, regionda marağı olan bəzi dövlətlərin mövqeyi, bu gün Avropada baş qaldıran islamofobiya və digər amillər Azərbaycan qarşı qərəzli mövqeyi şərtləndirir. Əlbəttə ki, müəyyən “qonorar” müqabilində qəbul edilən belə qərəzli qətnamələr Azərbaycanı müstəqil siyasətindən döndərə bilməz. Lakin Avropa strukturları və siyasi xadimlərinin heç də hamısı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini lobbiçilik maraqlarına qurban vermirlər.

Bu gün Avropanın Azərbaycana indiyədək heç vaxt olmadığı qədər ehtiyacı var. Enerji böhranı yaşayan qitə Azərbaycanın təbii qazından enerji təhlükəsizliyini təmin etmək üçün yararlanmaq istəyir. Bu təhlükəsizliyin təmin edilməsi üçün böyük potensiala və imkana malik Azərbaycan hər dəfə olduğu kimi etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfər edərək Azərbaycan ilə Avropa ittifaqı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər dənizində hasil olunan təbii qazın Avropa İttifaqına və Qərbi Balkan ölkələrinə tədarükünü nəzərdə tutur. Azərbaycan 2027-ci ilə qədər hər il ən Avropaya 20 milyard kubmetr həcmində təbii qaz ixrac edəcəyi öhdəliyini götürüb. Azərbaycan bu həcmdə qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çox asanlıqla ixrac edəcək və Avropa dövlətlərinin enerji böhranından çıxmasına əsaslı yardım göstərəcək. Bu məsələdə Avropa Azərbaycandan daha çox maraqlıdır və tərəfdaşlıq öhdəliyini layiqincə yerinə yetirməyə hazırdır.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstana və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. Ötən ildə Avropaya qaz ixracı 10 milyard kubmetrdən çox olub. Bütün bunlar Azərbaycan ilə Avropanın xoşməramlı münasibətlərindən xəbər verir və bunlar real həyatımızın təzahürüdür. Lobbi təşkilatlarının təsiri ilə Azərbaycana qarşı qərəzli qərarlar isə sadəcə olaraq “qonorar” naminə görülən işlərdir. Bu kimi qətnamələrin hüquqi əsası olmadığı kimi, mənəvi və dəyəri də olmur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər