KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MƏRKƏZİ YARADILACAQDIR
Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərkəz sahibkarlıq subyektlərinə korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq kömək göstərəcək, sahibkarların və onların ictimai təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil edəcək, eləcə də antikorrupsiya fəaliyyəti sahəsində dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə iş aparacaqdır.