KOSOVONUN MÜSTƏQİLLİYİNİ ELAN ETMƏSİ TƏHLÜKƏLİ VƏZİYYƏT YARADA BİLƏR
AZƏRTAC xəbər verir ki, Rumıniya Prezidenti Trayan Besesku Almaniyanın paytaxtı Berlində Beynəlxalq Bertelsmann-2006 forumunun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda keçirilən birinci iclasında Qara dəniz və Balkan regionunda baş verən proseslər, Kosovo məsələsi və keçmiş sovetlər birliyinə daxil olmuş ölkələrdəki münaqişələr barədə danışmışdır. Onun sözlərinə görə, Kosovonun müstəqilliyini elan etməsi Serbiyada millətçiləri qızışdıra, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya üçün təhlükəli presedent yarada bilər.
Rumıniya Prezidenti daha sonra demişdir ki, Qara dəniz, Xəzər dənizi regionları Avropa üçün alternativ enerji təminatçısı ola bilər. Bu, Avropanın Rusiya qazından asılı olmasının aradan qaldırılmasına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]