Kreditlərin 94,3 faizi banklar tərəfindən verilib
Bakı, 14 noyabr, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2025-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, milli valyuta ekvivalentində 31 milyard 041,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 747,6 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,3 faizi banklar, 5,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 10 faiz artaraq 528,1 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.