Kreml: Qələbə paradı mütləq keçiriləcək
Moskva, 11 aprel, AZƏRTAC
Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə parad və bayram şənlikləri mütləq keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, Qələbə paradının, “Ölümsüz alay” aksiyasının başqa vaxta keçirilməsi barədə hələlik heç bir qərar qəbul edilməyib. Qəti qərarın koronavirusla bağlı vəziyyət nəzərə alınmaqla qəbul ediləcəyini diqqətə çatdıran D.Peskovun sözlərinə görə, hazırda müxtəlif variantlar nəzərdən keçirilir.
Tədbirlərin mayın 9-da və ya başqa vaxta keçiriləcəyi barədə dəqiq məlumatın olmadığını qeyd edən Kremlin mətbuat katibi vurğulayıb ki, Qələbə paradının və Qələbə Günü münasibətilə şənliklərin keçiriləcəyinə heç kimin şübhəsi olmasın.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]