Kreml: Stiv Uitkofun Moskvaya səfəri üzrə razılıq var
Moskva, 26 noyabr, AZƏRTAC
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofun gələn həftə Moskvaya səfər etməsi ilə bağlı ilkin razılıq əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Uitkof ilə birlikdə Moskvaya Ukrayna işlərinə aidiyyəti olan bir sıra administrasiya nümayəndələri də gələcək. ABŞ Prezidenti Donald Tramp bundan əvvəl xüsusi elçinin səfəri barədə məlumat verib və Uitkofun, həmçinin baş müşavir Cared Kuşnerin Ukrayna məsələsinin nizamlanmasının müzakirəsi üçün Rusiyaya səfər edəcəyini vurğulamışdı.
Y.Uşakov, həmçinin Rusiya və ABŞ prezidentlərinin xüsusi elçiləri Kirill Dmitriyev və Stiv Uitkofla telefon danışıqlarının səs yazılarının mediada dərc olunmasını şərh edib. Onun sözlərinə görə, bu cür hərəkətlər Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasına mane olmaq məqsədi daşıyır.
Səs yazılarının mənşəyi ilə bağlı suala cavab olaraq Uşakov vurğulayıb: “Mən bilmirəm. Kimsə məlumatı sızdırır, kimsə dinləyir, amma biz deyilik”.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]