Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kubanıçbek Ömüralıyev: Qəbələ 2025 sülhün, inteqrasiyanın və Türk dünyasının gələcəyinin inşasıdır

Kubanıçbek Ömüralıyev: Qəbələ 2025 sülhün, inteqrasiyanın və Türk dünyasının gələcəyinin inşasıdır

İstanbul, 24 oktyabr, Günel Karatepe, AZƏRTAC

2025-ci il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanın qədim Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının birgə yoluna tarixi bir səhifə açdı. Azərbaycanın ev sahibliyi, üzv və müşahidəçi dövlətlərin liderlərinin yüksək səviyyədə iştirak etdiyi Zirvə Görüşü Türk dünyasının ən güclü dayağının birlik, qarşılıqlı etimad və ortaq baxışdan qaynaqlandığını bir daha göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Qəbələ Zirvə Görüşü ilə bağlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Siyasi və strateji üfüq: sülh və sabitliyin sistemli davamlılığı

Qəbələ Zirvə Görüşü TDT-nin regional təhlükəsizlik, dialoq və məsləhətləşmə baxımından getdikcə daha təsirli platformaya çevrildiyini bir daha nümayiş etdirdi. Zirvədə qəbul edilən Qəbələ Bəyannaməsi daxili işlərə hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sarsılmaz bağlılığı təsdiqləyərək, qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türk dünyasının qətiyyətini bütün beynəlxalq aləmə elan etdi.

Liderlər “Türk dövlətlərinin strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq anlaşması” üzərindəki işləri sürətləndirməyə qərar verərək siyasi əməkdaşlığı daha güclü sistematik əsaslara oturtmağı, sülh və təhlükəsizlik sahəsində ortaq məsuliyyət anlayışını möhkəmləndirməyi hədəflədilər.

Zirvədə, həmçinin xarici tərəfdaşlarla qarşılıqlı əlaqəni dərinləşdirmək istiqamətində “TDT+” formatı təsis edildi. Bu yeni çərçivə Türk dünyasının BMT və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusu əldə etmək istiqamətində ortaq baxışını dəstəkləyir və türk dövlətlərinin beynəlxalq səviyyədə mövqeyini artıran yeni bir dövrün qapılarını açır.

Prezident İlham Əliyevin 2026-cı ildə ortaq hərbi təlimlərin keçirilməsi təklifi və Prezident Rəcəb Tayyib Ərdoğanın ortaq müdafiə ilə bağlı çağırışı təhlükəsizlik sahəsində artan koordinasiyanın konkret göstəriciləri oldu. Eyni zamanda, Macarıstanın Baş naziri Viktor Orbanın “Başqaları müharibədən danışarkən, biz (TDT) dialoq və daimi sülh üçün bir aradayıq” sözləri Zirvə Görüşünün ruhunu ifadə edən əsas fikirlərdən biri oldu.

İqtisadi birləşmə, nəqliyyat və rəqəmsal transformasiya

Qəbələ Zirvə Görüşü iqtisadi əməkdaşlıqda da yeni mərhələnin başlanğıcını müjdələdi. Üzv dövlətlər Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqlara rəsmi şəkildə başladılar. Qazaxıstan, Özbəkistan və digər ölkələr isə İqtisadi Əməkdaşlıq Şurası, Kibertəhlükəsizlik Şurası və Rəqəmsal Yeniliklər Mərkəzi kimi yeni strukturlar təklif edərək iqtisadi inteqrasiyanı genişləndirməyə sadiqliklərini göstərdilər.

Bu addımlar türk coğrafiyasını ticarət, innovasiya və sahibkarlıq baxımından inteqrasiya olunmuş və dinamik bir iqtisadi məkan halına gətirmək məqsədi daşıyır. Bu kontekstdə təşkilatın ilk ortaq maliyyə qurumu olan Türk İnvestisiya Fondu bir daha iqtisadi inteqrasiyanın əsas dayağı kimi ön plana çıxdı.

Nəqliyyat və bağlantı ortaq rifahın sütunu olaraq qalır. Türk dövlətləri bütün çətinliklərə baxmayaraq Zəngəzur dəhlizi, Xəzər üzərindən Orta Dəhliz və Çin–Qırğızıstan–Özbəkistan Dəmir Yolu layihələrini irəlilətməkdə qərarlı olduqlarını bir daha bəyan etdilər. Bu strateji marşrutlar coğrafiyamızı Asiya ilə Avropa arasında enerji, ticarət və mədəniyyət körpüsünə çevirəcək.

Rəqəmsallaşma və texnologiya da Zirvə Görüşünün önəmli mövzularından biri idi. Üzv dövlətlər Rəqəmsal Türk Dünyası Konseptinə və 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT kub peyki layihəsinə dəstək verdilər. Bu təşəbbüslər Türk dünyasının ortaq texnoloji qabiliyyətini və gələcək potensialını vurğuladı.

Yaşıl baxış və davamlı inkişafın gücləndirilməsi

Qəbələ Bəyannaməsi iqlim davamlılığı və yaşıl maliyyəni də strateji prioritetlər arasına daxil etdi. Liderlər Bakı Nazirlər Bəyannaməsi (İqlim, İnnovasiya, Yaşıl İqtisadiyyat və Ticarət üzrə) sənədini təsdiqləyərək Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi və Türk Yaşıl Maliyyə Şurası kimi təşəbbüslərə dəstək ifadə etdilər.

“Türk yaşıl baxışı” çərçivəsində təşkilat bərpaolunan enerji, rəqəmsal ekoloji texnologiyalar və davamlı şəhərləşmə sahələrində əməkdaşlığı gücləndirməyə davam edir. 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumu (WUF13) ilk dəfə Türk dünyasında təşkil ediləcək, TDT Davamlı Şəhərlər Forumunun da təqdimatına ev sahibliyi edəcək. Bu forum ekoloji düşüncəni inkişafın mərkəzinə yerləşdirərək, Türk dünyasının şəhərlərini yaşıl transformasiyanın öncüllərinə çevirməyi hədəfləyir.

Təhsil, mədəniyyət və humanitar həmrəylik

Qəbələ Zirvə Görüşü bir daha göstərdi ki, təhsil və mədəniyyət sahələri əməkdaşlığımızın qəlbidir. Liderlər Təhsil Təşəbbüsləri Katibliyinin yaradılması, Orhun Prosesinin yenidən strukturlaşdırılması və “Türk dünyası ali təhsil məkanı” baxışının həyata keçirilməsi barədə qərarlar qəbul etdilər.

Prezident Ərdoğanın ortaq türk əlifbası təklifi mədəni birliyin rəmzi kimi böyük əks-səda doğurdu. Bu təklif xüsusilə 2026-cı ildə türk dillərində ortaq latın əsaslı əlifba ideyasının ilk dəfə gündəmə gəldiyi 1926 - Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd olunacağı dövrdə xüsusi mənaya malikdir. Bundan əlavə, 2027-ci ildə Üçüncü Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi, Mahmud Kaşğarinin anadan olmasının 950 illiyi, Qırğızıstanın VI Dünya Köçəri Oyunlarına, Türkmənistanın isə Aşqabadda keçiriləcək mədəni yubiley tədbirinə ev sahibliyi etməsi barədə qərarlar ortaq irsə dərin hörmətin ifadəsi oldu.

“Birləşik xizək kartı”, “Ortaq muzey bileti” və “Turk ID” kimi layihələr vətəndaşların Türk dünyası daxilində daha asan hərəkət etməsinə imkan yaradaraq əməkdaşlığın gündəlik həyata inteqrasiyasını təmin edir və mədəni birliyi daha real və hiss olunan hala gətirir.

Humanitar sahədə isə Türk Qızıl Aypara Şəbəkəsi, Gənclər və İdman Könüllüləri Platforması vasitəsilə sosial həmrəyliyin gücləndirilməsi istiqamətində işlər aparılır.

Liderliyin davamlılığı və Qırğızıstanın irsi

Qəbələ Zirvə Görüşündən sonra TDT-də sədrlik Qırğız Respublikasından Azərbaycan Respublikasına keçdi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun “Türk dövlətləri arasındakı birlik təkcə ortaq tariximizin mirası deyil, həm də ortaq gələcəyimizin təminatıdır. Əməkdaşlığımız nə qədər ahəngdar olarsa, dövlətlərimiz də bir o qədər güclü olacaq” sözləri həmrəyliyin davamlılığını vurğuladı.

Qırğızıstanın sədrliyi dövründə iqtisadiyyat, rəqəmsallaşma, təhsil və mədəniyyət sahələrində 120-dən çox tədbir keçirilib və türk inteqrasiyasının yeni mərhələsi üçün möhkəm təməl qoyulub.

Prezident Japarov nəqliyyat, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində səylərin davam edəcəyini vurğulayaraq, “Azərbaycanın sədrliyi dövründə ortaq baxışımızın konkret nəticələrə çevriləcəyinə tam əminik” dedi.

Qırğızıstan sədrliyi dövründə baxışı fəaliyyətə, idealı isə real irəliləyişə çevrilərək TDT-nin vahid ailə kimi hərəkət edə bilmə qabiliyyətini göstərdi.

Birlik və məsuliyyət ruhu

Qəbələ Zirvə Görüşü Türk dünyasında yeni bir intellektual, mədəni və siyasi enerji yaratdı. Zirvənin qalıcı mesajı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan şairi Bəxtiyar Vahabzadədən gətirdiyi bu mənalı sözlərdə ifadə olundu: “Bir türkün başqa bir türklə düşmənçilik etməyə haqqı yoxdur!”. Bu cümlə TDT-nin ruhunu ən sadə formada əks etdirir - ortaq köklərə, ədalətə və qarşılıqlı hörmətə əsaslanan bir qardaşlıq birliyi. Bu gün TDT artıq gözardı edilməyən bir beynəlxalq aktora çevrilib. Təşkilatın təşəbbüsləri qlobal səviyyədə müzakirə olunur, izlənilir və nümunə göstərilir. Bu isə türk dövlətlərinin Avrasiyanın geosiyasi, iqtisadi və mədəni balanslarının formalaşmasında artan rolunun açıq göstəricisidir.

Nəticə: Ortaq dəyərlərdən doğan təhlükəsiz gələcək

Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının inklüziv, vizioner və həmrəyliyə əsaslanan bir beynəlxalq birlik halına gəldiyini sübut etdi.

Sülh, bağlantı, müdafiə, innovasiya və mədəniyyəti birləşdirən gündəmi, daha güclü, firavan və öz potensialına inanan bir Türk dünyasının müjdəçisidir. Bişkekdən Qəbələyə uzanan bu müqəddəs yol ortaq dəyərlərin, baxışın və taleyin yeni ifadəsidir. Prezident Tokayevin qeyd etdiyi kimi, “Türk dünyası 2040 baxışının tam həyata keçirilməsi” hamımızın ortaq məqsədidir. TDT bu məqsədə dialoq, strateji uzaqgörənlik və ortaq məqsəd birliyi ilə çatmaqda qərarlıdır. Bölünmələrlə sarsılan dünyada Türk dövlətləri bir daha göstərir ki, əməkdaşlıq, hörmət və həmrəylik sülhün ən möhkəm təməlləridir.

Türk Dövlətləri Təşkilatının növbəti Rəsmi Zirvəsi 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvəsi isə Türk Dünyasının mənəvi paytaxtı Türküstanda (Qazaxıstan) keçiriləcək. Bu görüşlər Qəbələ ruhunu gələcəyə daşıyaraq ortaq öhdəliklərimizi real uğurlara çevirməyə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı