KÜR-ARAZ HÖVZƏSİ PROBLEMLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda beynəlxalq əhəmiyyətli Kür-Araz çayları sistemində ciddi pozuntular olduğu və onu təhlükə gözlədiyi nəzərə çarpdırılmışdır. Bu çaylarda suyun keyfiyyətinin pisləşməsi və miqdarının azalması gələcəkdə su istehlakçıları arasında potensial mübahisə mövzusuna çevriləcəyi ehtimal edilir. Kür və Araz çaylarına axan çirkli suları təmizləyən qurğuların sıradan çıxması da həyəcan doğurur. Hazırda Kür çayına axıdılan çirkli suları təmizləyən 14 qurğudan yalnız biri işləyir.
BMT-nin İnkişaf Proqramı və İsveç Beynəlxalq İnkişaf Agentliyinin layihəsi çərçivəsində keçirilən seminarda indiyədək görülən işlərə yekun vurulmuşdur.
Tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndə heyətləri, donor təşkilatların əməkdaşları iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]