CƏMİYYƏT
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 17 santimetr artıb
Bakı, 19 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın orta hesabla 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 228 kubmetr təşkil etməklə ongünlük normanın 130 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 102 kubmetr olmaqla ongünlük normanın 119 faizini təşkil edir.
Noyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 395, Şirvanda 285, Salyanda 255, Bankədə 234, Araz çayının Novruzlu məntəqəsində isə 125 santimetrə bərabərdir.