Kürdəmir Regional Mədəniyyət İdarəsinin işçiləri evlərə “DOST xonçası” aparıblar
Bakı, 17 mart, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların mədəniyyət işçiləri Novruz bayramı münasibətilə həyata keçirilən “DOST xonçası” layihəsinə qoşulublar.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Xocavənd və Füzuli rayonlarının mədəniyyət işçiləri aztəminatlı ailələrə, tənha yaşayanlara və ahıllara baş çəkir, onlara bayram sovqatları aparır, maddi yardımlar göstərirlər.
Mədəniyyət İdarəsinin işçiləri Kürdəmir rayon ərazisində yaşayan bir neçə ailənin evinə gedərək onların həyat şəraitləri ilə tanış olub, ehtiyacları ilə maraqlanıb, onlara xonçalar təqdim edib və maddi yardım göstəriblər.
Bayram günləri ərəfəsində “DOST xonçası” tədbirləri davam edəcək.