Kürdəmirdə baş verən qəza nəticəsində xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır
Bakı, 3 may, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində yaranan hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla, 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.
Xəsarət alan 1 nəfər qadının vəziyyəti ağır, 2 qız, 1 oğlan olmaqla uşaqların və 5 nəfər kişinin vəziyyəti isə stabildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]