KÜRDƏMİRDƏ ŞƏKƏR ÇUĞUNDURU YIĞILIR
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərçuğundur” istehsal birliyi hələ ilin əvvəllərində rayonun, əsasən, Muradxan və Cöhranlı, habelə bir neçə digər kəndlərində torpaq mülkiyyətçiləri ilə bağladığı müqavilələrə uyğun olaraq 160 hektarda əkin işləri aparmışdır. Birlik əkinçiləri toxum materialı ilə təmin etmiş, şum çıxarılmasında və səpində lazımi kömək göstərmişdir. Sakinlər becərməni aqrotexniki qaydalar əsasında aparmış, bol məhsul yetişdirməyə nail olmuşlar.
Hazırda məhsul yığımı uğurla davam edir. Hər hektardan orta hesabla 200-250 sentner çuğundur götürülür. Məhsulun şəkərliliyi 22-27 faizdir.
Yığılan məhsul İmişli şəkər zavodu tərəfindən yerindəcə qəbul olunur. Istehsalçılar hər
hektardan azı 2 milyon manatı xalis gəlir əldə edirlər. Bu isə çuğundurçuluğa böyük maraq oyadır.
Gələn il çuğundur əkini sahələrinin azı 10 dəfə artırılacağı gözlənilir. Bu məqsədlə artıq 700 hektarda şum çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]