Kürdəmirdə təbii fəlakətdən zərər çəkən 545 ailə üçün fərdi evlərin inşası davam etdirilir
Kürdəmir, 15 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Kürdəmir rayonunda təbii fəlakətdən zərər çəkmiş ailələr üçün yeni fərdi evlərin inşası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətə məruz qalan 44 kəndin 17-si Kür çayının sahilində yerləşir. Məlum olduğu kimi, 2010-cu ilin mart, aprel və may aylarında yağan güclü leysan yağışları Kür çayında suyun səviyyəsinin həddən artıq qalxmasına, çay kənarında, habelə digər ərazilərdə qrunt sularının üzə çıxmasına səbəb olmuşdur. Nəticədə evləri və digər tikililəri su basmış, bir qismini yararsız hala salmışdır. Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində yaşayış üçün təhlükəli olan 545 fərdi ev müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyevin göstərişinə əsasən, tərkibində 2.783 nəfərin yaşadığı 545 ailə üçün yeni evlərin tikintisinə başlanılmışdır. İndiyədək 349 fərdi ev inşa edilərək istifadəyə verilmişdir. Daha 193 evin tikintisində son tamamlama işləri aparılır. Üç fərdi evin inşasına isə yeni başlanılmışdır.
Ailə üzvlərinin sayından asılı olaraq, istifadəyə verilən və tikilməkdə olan fərdi evlərin 196-sı ikiotaqlı, 297-si üçotaqlı, 53-ü isə dördotaqlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]