KÜRDƏMİRDƏ YENİ ÜZÜMLÜKLƏR SALINIR
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üzümçülük rayonda ən gəlirli sahələrdəndir. Təsadüfü deyildir ki, son vaxtlar ayrı-ayrı şirkətlər və iş adamları yeni bağların salınmasına böyük maraq göstərirlər. Son bir neçə ildə rayonun Topalhəsənli kəndi ərazisində 250 hektarda üzüm tingləri əkilmişdir. Gələn ilin mart ayında isə daha 100 hektarda plantasiyalar salınacaqdır. Burada məşhur “Şirvanşahı”, “Bayan” texniki, “Kişmişi” süfrə sortları əkiləcəkdir. Bu sortlar yüksək məhsuldarlığı və şəkərlilik faizi ilə seçilir.
Üzümçülük əhalinin ilboyu məşğulluğuna da imkan verir. Təkcə mövcud bağlarda 500 nəfərədək işçi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]