“KÜROVDAĞ”DA 5 KƏŞFİYYAT QUYUSU QAZILACAQDIR
Böyük Britaniyanın Caspian Energy Qrup Şirkətinin və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Kürovdağ” yatağının birgə istismarına dair imzalanmış müqaviləyə uyğun olaraq, gələn il strukturda neft ehtiyatlarının həcmini müəyyənləşdirməyə imkan verən 5 kəşfiyyat quyusunun qazılması nəzərdə tutulmuşdur. 2-3 min metr dərinliyində quyuların hər birinin qazma layihəsi 1,5 milyon dollar dəyərində qiymətləndirilir.
AZƏRTAC-a verilən məlumata görə, Bakıdan 106 kilometr cənub-qərbdə yerləşən yataqda hazırda 10 quyu istismardadır. Gündəlik neft hasilatı 700 tondan 1050 tona çatdırılmışdır.
1950-ci ildən işlənən bu yataqdan indiyədək 36,7 milyon ton neft çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]