Küveyt neft ixracı sahəsində fors-major elan edib
Qahirə, 7 mart, AZƏRTAC
Küveyt xam neft satışı üzrə fors-major elan edib. OPEC-də beşinci böyük neft istehsalçısı olan bu Körfəz ölkəsi neft hasilatını da azaldıb.
AZƏRTAC Küveyt Neft Korporasiyasının bəyanatına istinadla xəbər verir ki, bu addım İranın Küveytə qarşı təcavüzü və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə qarşı təhdidlər səbəbindən atılıb.
“Bloomberg” agentliyinin məlumatına görə, azalma şənbə günü gündəlik 100 min barel həcmində olub və bu həcm tədricən arta bilər. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.
Qeyd edilir ki, Küveyt yanvar ayında təxminən gündəlik 2.57 milyon barel neft çıxarıb. Hörmüz boğazı Küveyt neftinin dünya bazarına çıxışı üçün yeganə yoldur.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]