KÜVEYTDƏ QADINLAR PARLAMENTƏ SEÇİLƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Küveyt hökuməti qadınlara parlament seçkilərində iştirak etmək hüququ verən qanun layihəsini bəyənmişdir. Qanun layihəsi dövlət başçısına şeyx Cabir əl-Əhməd əs-Sabah imzaladıqdan sonra təsdiq üçün parlamentə təqdim olunacaqdır.
Küveyt qadınları ölkənin tarixi boyu başlıca insan haqlarından biri – hökumətin qanunverici orqanına seçmək və seçilmək hüququ uğrunda mübarizə aparmışlar. 1999-cu ildə qadınlara belə bir hüququn verilməsi haqqında əmrin təqdim etdiyi dekret parlament tərəfindən rədd olunmuşduq.