K.ZATULİN: ERMƏNİSTAN RUSİYANIN MÖVCUDLUĞUNDAN ASILI OLMAQDA DAVAM EDİR
Zatulin demişdir: “Ermənistana gəldikdə, o, özünün Gürcüstanla bitərəf münasibətlərindən deyil, Rusiyanın mövcudluğundan və regional mövqeyindən asılı olmaqda davam edir”. O, özünün bu fikri ilə əslində təsdiqləmişdir ki, Ermənistanın Rusiyadan asılı olmayan siyasəti ola bilməz. Çünki, əvvələn, Ermənistan Rusiyanın hərbi əlavəsidir, ikincisi isə, ondan tam iqtisadi asılılıq vəziyyətindədir. Ermənistan özünü müstəqil dövlət kimi göstərməyə çalışsa da, Rusiya onu strateji tərəfdaş və müttəfiq adlandırsa da, əslində, Ermənistan Rusiyaya tərəf baxmasa, onun əhval-ruhiyyəsi və mənafeləri, regionda siyasəti ilə hesablaşmasa, suveren, müstəqil siyasət aparmaq imkanından məhrumdur.
Ermənistan güman edir ki, öz ərazisində xarici qoşunların və böyük miqdarda hərbi texnika olması onun müstəqilliyini möhkəmləndirəcək və Azərbaycanın simasında uydurma düşmənlərdən qoruyacaqdır. Əslində isə, o, perspektiv üçün milli siyasət qurmaq imkanını məhdudlaşdırmış və Rusiyanın siyasi xəttinə əməl etməyə məcburdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]