La-Palma adasında ən güclü zəlzələ qeydə alınıb
Madrid, 14 oktyabr, AZƏRTAC
Bu gün La-Palma adasında (Kanar adaları) 60 zəlzələ qeydə alınıb. Onlardan biri 4,5 bal gücündə olub. Bu, 26 gün bundan əvvəl Kumbre-Vyexa vulkanının püskürməyə başlamasından bəri ən güclü zəlzələdir.
AZƏRTAC İspaniya Milli Coğrafiya İnstitutuna (IGN) istinadla xəbər verir ki, son saatlarda La-Palmada seysmik fəallıq artıb.
La-Palma adasının hakimiyyət orqanları vulkan lavası axınlarının güclənməsi ilə əlaqədar Los-Lyanos-de-Aridane və La-Laquna bələdiyyələrində sakinlərin təxliyə edilməsi barədə sərəncam veriblər.
Sentyabrın 19-da püskürməyə başlamış La-Palma vulkanının lavası oktyabrın 13-dək 656 hektar sahəni əhatə edib, 1458 bina dağılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]