Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanmadan hərbi sahədə quruculuq işləri davam etdirilir

Bakı, 2 dekabr, AZƏRTAC

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçın rayonu 1992-ci il mayın 18 də Şuşa şəhəri və Ermənistan ilə həmsərhəd istiqamətdən hücuma keçən mənfur erməni quldurları tərəfindən işğal olunub. 1924-cü ildə təsis edilən Laçın rayonunun ərazisi 1,84 min kvadratmetrdir. İşğaldan əvvəl 65,430 nəfər əhalisi olan laçınlılar 28 il ərzində Azərbaycanın müxtəlif bölgələrdə çox çətin şəraitdə yaşayıblar. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Ordumuzun ermənilərə qarşı əks-hücum əməliyyatı zamanı Ermənistanın illər ərzində qurduğu mühəndis istehkam sistemləri dağıdıldı. Beləliklə, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi.

Bu barədə ehtiyatda olan polkovnik Ələsgər Ağayev AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi. Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü hərbi texnikanın qiyməti bir neçə milyard dollar idi.

2020-ci il dekabrın 1-də erməni işğalı altında olan son rayonumuz Laçın Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək olar ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda Azərbaycan bayrağının dalğalanması bizə şərəf verdi.

“İşğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Beləliklə Vətən müharibəsi Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşdı. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 28 il işğal altında olan Laçın rayonu qəsbkarlardan azad edildi. 2020-ci ilin dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada bayrağımız ucaldıldı.

Laçının şəhid vermədən azad olunması ölkəmizin ictimai-siyasi həyatında parlaq tarixi hadisə idi

Azərbaycanın ərazi cəhətdən ən böyük rayonlarından biri olan Laçının şəhid vermədən erməni işğalından azad olunması ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə idi. Ali Baş Komandan İlham Əliyev iqtisadi, hərbi diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Bu model özünü doğrultdu. Bununla da Azərbaycan dövləti yeni hərbi siyasi reallıq yaratdı. Ermənistan tərəfi Laçın rayonunu onlara dəhliz kimi verilməli olduğu mövqedən çıxış edirdi. Lakin dövlətimizin başçısı dəfələrlə bildirirdi ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qaytarılmasa heç bir razılaşma ola bilməz. Əslində biz hər birimiz tam əmin idik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu torpaqlarımızı mütləq düşmən tapdağından azad edəcək. Biz hərbçilərin isə buna heç bir şübhəsi yox idi. Ancaq uzun müddət Murovdağ silsiləsi - Kəlbəcər istiqamətində xidmət etmiş bir zabit olaraq, bu ərazilərin çətin relyefinə çox yaxşı bələd idim. Düşmənin bu istiqamətlərdə, strateji yüksəkliklərdə çoxpilləli və uzunmüddətli atəş mövqeləri qurması Vətən müharibəsində də özünü göstərdi”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Ələsgər Ağayev bildirib ki, sadəcə Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində düşmən beş müdafiə xətti qurmuşdu. Bu sədlərin açılması üçün biz müəyyən itkilər verdik. Düzdür biz bir güllə belə atmadan Laçını qaytardıq. Nəyinki Laçını, eləcədə Ağdam və Kəlbəcərin də danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi Qələbəsidir. Düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Ordusunun cəbhədə qazandığı qeyri-şərtsiz Qələbənin məntiqi davam idi. Laçın rayonu ölkənin ən böyük rayonlarından biridir. Strateji cəhətdən əhəmiyyətli olduğu qədər də iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu rayon iqtisadi baxımdan geniş təbii sərvətlərə və iqtisadi imkanlara malikdir. Əlbəttə Laçın rayonunun bizə qaytarılması tarixi məsələdir. Düzdür biz düşməni məcbur etdik, artıq o uçurum kənarında idi. “Dəmir yumruq” artıq onun başının üstündə idi. Onun başqa yolu yox idi. Əks təqdirdə tamamilə məhv olacaqdır. Biz buna nail olduq.

Bu ilin aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması bizim üçün mühüm tarixi hadisə oldu. Üçrəngli dövlət bayrağımızın sərhəddə dalğalanması bizim üçün müqəddəs gündür. Artıq Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Hər kəs bilməlidir ki, sərhədlərimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı qanunun aliliyinin də tələbidir.

“Laçın rayonuna əhali qayıdırsa demək orda sakit, rahat ömrünü yaşamalıdır. Bunu beynəlxalq hüquq da, Azərbaycanın qanunları da tələb edir. Azərbaycan dövləti əhalisinin tam təhlükəsiz yaşaması üçün erməni terrorçularından qorumaq üçün bütün sərhədboyu strateji yüksəkliklərdə dayaq məntəqələri yaradıb. Digər qoşun növləri ilə qarşılıqlı əlaqədə hazırda işlər davam etdirilir. Düşmənlə dövlət sərhədi boyunca müdafiə və mühafizə tədbirləri davam etdirilir. Yeni hərbi hissələr və birləşmələr yaradılır. Döyüş postlarına yollar çəkilir. Bu yaxın günlərdə müdafiə naziri tərəfindən yeni istifadəyə verilən Hərbi Hospital və yeni Hərbi Hissənin açılışı oldu.

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanmadan hərbi sahədə quruculuq işləri davam etdirilir. Sərhədboyu tikilən taqım, bölük dayaq məntəqələrinə yollar çəkilir, işıqlandırma xətləri çəkilib, mövqelərdə qısa hazırlıq tam başa çatdırılıb. Şəxsi heyətin məişət şəraiti yaxşılaşdırılıb. Sığınacaqlarda istilik sobaları quraşdırılıb. Bir sözlə şəxsi heyətin döyüş növbətçiliyini aparması üçün bütün infrastruktur yaradılıb. Qışa hazırlıq bütün yay boyu aparılıb. Ön xətdə xidmət edən zabit və gizirlərin normal xidmət aparması üçün bütün infrastruktur yaradılıb. Zabit gizirlərin peşəkarlıq səviyyəsinin artırılması üçün onları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kurslarına göndərilirlər. Vətən müharibəsindən sonra Ordu quruculuğunda yeni islahatlar həyata keçirilir. Belə ki, Orduya yeni müasir silah və sursat, PUA-lar, son modernləşmiş hərbi texnika alınır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. Bu ərazilər minalardan təmizləndikdən sonra tikinti şirkətlərinə təhvil verilir. Genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Yeni tikilən evlərə Böyük Qayıdış Proqramına əsasən məcburi köçkünlər köçürülür”, - deyə Ələsgər Ağayev əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək