Laçının işğaldan azad olunması Kürdəmirdə sevinclə qarşılanıb
Kürdəmir, 2 dekabr, AZƏRTAC
Laçının işğaldan azad olunması 136 laçınlı ailənin məskunlaşdığı Kürdəmirdə böyük sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra rayonda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. İnsanlar bir-birinə gözaydınlığı verib, qələbə sevincini paylaşıblar. Gənclər avtoyürüş təşkil edərək əllərində üçrəngli bayraqlarımızla küçə və prospektləri dolaşıb, sonda Şəhidlər xiyabanına gəliblər. Onlar burada uyuyan şəhidlərimizi ziyarət edib, dualar oxuyublar. Bundan sonra avtoyürüş iştirakçıları “Yaşasın Ali Baş Komandan”, “Qarabağ Azərbaycandır”, “Laçın Azərbaycandır”, “Eşq olsun Ordumuza” şüarları səsləndiriblər.
Laçından olan məcburi köçkünlərin sevincinin həddi-hüdudu yox idi. Onlara bu sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini və sevgilərini bildiriblər. Artıq onlar öz doğma yurdlarına qayıdacaqları günün heç də uzaqda olmadığını bilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [16:39]
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub
- 01.10.2026 [16:21]
Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb
- 01.10.2026 [16:18]