Laporta “Real Madrid”i hakimlərə təzyiq göstərməkdə günahlandırıb
Bakı, 24 yanvar, AZƏRTAC
“VAR otağında oturan hakimlər “Real Madrid”in təzyiqi səbəbindən öz vəzifələrini düzgün yerinə yetirmirlər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Barselona” klubunun prezidenti Joan Laporta hakimlərin idarəçiliyi barədə İspaniya mətbuatına müsahibəsində deyib.
Funksioner ədalət təmsilçilərinin “Real Madrid” - “Almeriya” matçında (3:2) “kral klubu”nun lehinə qərarlar verdiyini söyləyib: "Santyaqo Bernabeu” stadionunda oynanılan görüşün epizodları VAR-da yenidən nəzərdən keçirildi. Bütün nəticələr baş hakimin verdiyi qərarlara zidd idi. VAR sistemi hakimlərə kömək üçün gəlib. Lakin bundan sui-istifadə edirlər”.
“Barselona”nın baş məşqçisi Xavi Ernandesin İspaniya çempionluğu ilə bağlı fikirlərinə də münasibət bildirən J.Laporta əlavə edib: “Mən hər zaman Xavinin dedikləri ilə razılaşıram. Amma çətin olsa da, mövsümün sonunda İspaniya La Liqasını qazanacağıq. Əminəm ki, “Barselona” daha da irəli gedəcək və biz çempionluğa əsas namizədlərdən olacağıq. Mən Xaviyə və komandaya inanıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]