Laşa Darsalia: Gürcüstan Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma seçkilərin nəticələrini tanımır
Tbilisi, 3 aprel, AZƏRTAC
Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir ki, bu da müvafiq bəyanatlarda öz əksinin tapıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia söyləyib.
Bildirib ki, martın 22-də Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində keçirilən “prezident” seçkiləri ilə bağlı Azərbaycan tərəfi müvafiq bəyanat verib.
Laşa Darsalia deyib: “Gürcüstan hökuməti də müvafiq olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda martın 31-də keçirilən “seçkilər”lə bağlı bəyanat verib. Gürcüstan tərəfi bəyan edib ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən bu “seçkilərin” nəticəsini tanımır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]