Latviyada koronavirusa yoluxanların sayı artıb
Riqa, 2 noyabr, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 242 nəfər artaraq 6136-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 458 min 151 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 3898 nəfərdən analiz götürülüb.
Yeni növ koronavirusdan 74 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1406-dır. Yoluxma hallarının artacağı istisna olunmur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]