LATVİYADA PİŞİYİN QATİLİ AZADLIQDAN MƏHRUM EDİLMİŞDİR
İ.İqnatyukun törətdiyi əvvəlki cinayətə görə sınaq müddətinin hələ başa çatmaması məhkəmənin belə qərar çıxarmasına təsir göstərmişdir.
Latviyada heyvanlarla qəddarcasına davranma halları ilə əlaqədar qalmaqallar tez-tez baş verir. Bu ölkədə sahibsiz it və pişiklərə də qayğı ilə yanaşılır, onlara qarşı qəddarlıq isə ciddi cəzalandırılır. Bu qəbildən cinayətlərə görə təkcə 2000-2004-cü illərdə 10 nəfər, ümumiyyətlə isə 64 nəfər məhkum edilmişdir.