LATVİYADA SƏRXOŞ SÜRÜCÜLƏR ÜÇÜN CƏZANI SƏRTLƏŞDİRİRLƏR
İndi avtomobilin yaxalandığı yerdən dayanacağadək aparılmasının hər kilometrinə görə təxminən 3 avro cərimə alınaraq, maşının dayanacaqda saxlanmasının hər saatı üçün ödəniş haqqı isə 0,5 avrodan 1,70 avroyadək olacaqdır. Maşının orada günlərlə, hətta həftələrlə saxlanıla biləcəyi nəzərə alınarsa, cərimə məbləğinin necə böyük olacağını təsəvvür etmək çətin deyildir.
Latviyada bu yaxınlarda tətbiq edilən normalarda nəzərdə tutulur ki, qanda alkoholun miqdarı 1 promilldən artıq olarsa, avtomobil sahibini 5 gündən 15 günədək müddətə inzibati həbs gözləyir. Lakin bu həbs cəzalardan yalnız biridir. Qaydanı pozan şəxs, eyni zamanda 700 avroyadək məbləğdə cərimələnə, iki ilədək müddətə həbs oluna və hətta onun maşını müsadirə edilə bilər. Cəzalardan hər biri müxtəlif maddə və məcəllələrlə tənzimlənir, ona görə də sərxoş sürücü əksər hallarda ümumi siyahıdan dərhal bir neçə cəzaya məruz qalacaqdır.
Son məlumatlar göstərir ki, sükan arxasında sərxoş halda yaxalanmış sürücülərin sayı ötən ilin 10 ayındakı 2 min nəfərdən bu ilin müvafiq dövründə 809 nəfərədək azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]