Latviyalı nazir Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətinin mənasına dair vahid təsəvvür yaratmağa çağırıb
Riqa, 3 fevral, AZƏRTAC
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Avropa İttifaqı (Aİ)
ölkələri Avropa parlamentləri komissiyasının konfransında iştirak edib. Konfrans Seymdə, Latviyanın Aİ Şurasında sədrliyi çərçivəsində keçirilib.
E.Rinkeviçs konfrans iştirakçılarına müraciət edərək, onları Aİ-nin regionda Şərq tərəfdaşlığı siyasətinin mənasına dair vahid təsəvvür yaratmağa çağırıb.
Latviya Aİ Şurasında sədrliyi müddətində Şərq tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın inkişafında və yaxşı idarəetmə prinsiplərində maraqlıdır. Riqa sammitində Aİ-nin Şərq tərəfdaşlığı proqramını davam etdirməsinə marağı barədə dəqiq məlumat vermək lazımdır. Assosiasiya haqqında Sazişin ilkin tətbiqi nəticələrini qiymətləndirmək, Şərq tərəfdaşlığının gələcək inkişafına dair dəqiq təsəvvür yaratmaq, eləcə də əməli təkliflər vermək lazımdır.
Tərəfdaş dövlətlər olan Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna ilə əməkdaşlıqda vahid platformanı saxlamaq məqsədilə onlara fərdi yanaşmanı dərinləşdirmək gərəkdir. Demokratik institutların möhkəmləndirilməsi, azadlıq, təhlükəsizlik və hüquq, eləcə də ticarət sahələrində hakimiyyətin qanuna dəstək verməsi, insan hüquqlarına əməl olunması, korrupsiya ilə mübarizə məqsədilə real islahatlar həyata keçirmək lazımdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa