Azərbaycan Dövlət İnformasiya Agentliyi

Layihə rəhbəri: Ağıllı suvarma sistemi torpaqlarımızda məhsuldarlığın artmasına şərait yaradacaq MÜSAHİBƏ

Layihə rəhbəri: Ağıllı suvarma sistemi torpaqlarımızda məhsuldarlığın artmasına şərait yaradacaq MÜSAHİBƏ

Bakı, 27 fevral, AZƏRTAC

Su qıtlığının artdığı və iqlim dəyişikliklərinin təsirlərinin daha çox hiss olunduğu müasir dünyada ağıllı suvarma sistemləri kənd təsərrüfatında səmərəliliyin artırılması və su ehtiyatlarının qorunması üçün vacib bir həll yoluna çevrilib. Texnologiyanın inkişafı ilə suvarma sahəsində də innovativ yanaşmalar tətbiq olunur və bu da fermerlərə həm məhsuldarlığı artırmağa, həm də sudan daha qənaətli istifadə etməyə imkan verir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin əməkdaşı “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin rəhbəri Sara Rəhimzadə bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Sara xanım, belə bir texnologiyanın yaradılması hansı zərurətdən ortaya çıxdı?

- Ümumiyyətlə, Bakı Dövlət Universitetində tələbələrin və gənc tədqiqatçıların müxtəlif layihələr üzərində çalışması üçün gözəl şərait mövcuddur. 2020-ci ildə universitetin rektoru Elçin Babayevin təşəbbüsü və dəstəyi ilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi yaradılıb. Həmin Mərkəzdə ötən illər ərzində bir çox layihələr icra olunub. Layihəmiz 2023-cü ildə İstanbulda və 2024-cü ildə Antalyada keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında “Aqrar texnologiyalar” kateqoriyası üzrə üçüncü olub. Belə layihələr əsasən innovativ xarakter daşıyır və iqtisadiyyatın qarşısında duran çağırışlara cavab verməyə yönəlib. Proqnozlara görə, yaxın gələcəkdə içməli su problemi bəşəriyyətin üzləşəcəyi əsas problemlərdən biri olacaq. Keçən il Bakıda keçirilmiş COP29 tədbirində də bu barədə geniş müzakirələr aparıldı. İçməli su ehtiyatlarına görə Azərbaycan risk qrupuna daxil olan ölkələr siyahısındadır. Ona görə də biz içməli su ehtiyatlarımızdan maksimum qənaətlə istifadə etməyə məcburuq. İçməli suyun ən çox işləndiyi sahə isə kənd təsərrüfatıdır. Bu baxımdan, içməli sudan maksimum qənaətlə istifadə imkanı verən texnologiyanın yaradılması ideyası təqdim olunan “Ağıllı suvarma texnologiyasının (SmAgTech)” ortaya çıxmasına zəmin oldu.

- Ağıllı suvarma texnologiyasının iş prinsipi, tətbiq sahələri və ya texnologiyanın üstünlükləri barədə danışardınız?

- Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək, kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə uzaqdan idarə vasitəsilə əkin sahələrinin, tarlaların və istixanaların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. Bizim yaratdığımız ağıllı suvarma texnologiyasının iş prinsipi belədir: iki stansiya hazırlamışıq, sahə və mərkəzi stansiyalar. Sahə stansiyası əkin sahəsinə yerləşdirilir və onda olan müxtəlif sensorlar vasitəsilə müxtəlif parametrləri ölçə bilir. Həmin sensorlar, məsələn, torpağın rütubətliyi, mineral tərkibi, havanın temperaturu və sair parametrləri ölçərək nəticələri mərkəzi stansiyaya ötürür. Mərkəzi stansiyanı sahənin istənilən yerində yerləşdirmək olar. Onun üçün hər hansı məhdudiyyət yoxdur. Mərkəzi stansiya proqramlaşdırdığımız xüsusi alqoritm vasitəsilə məlumatları analiz edir və əgər suvarılmaya ehtiyac varsa, o zaman suvarma prosesi avtomatik şəkildə həyata keçirilir. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən, torpaq nəmliyinin, temperaturun, torpaqdakı duzlaşmanın və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkündür. Hazırladığımız qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb. Layihə çərçivəsində meliorasiya sahəsində bilik, bacarıq və təcrübəsi olan şəxslərlə müzakirələr aparılaraq sistemin təkmilləşdirilməsi üçün yeniləmələr edilib.

- Ağıllı suvarma texnologiyalarının Azərbaycanda kənd təsərrüfatında geniş istifadəsinin qarşısında hansı maneələr mövcuddur və bu texnologiyanın yayılması üçün hansı addımlar atılmalıdır?

-Ümumiyyətlə, nəinki Azərbaycanda, bütün ölkələrdə bu cür texnologiyaların istifadə olunmasının qarşısında 3-4 əsas problem durur. Bunlardan biri maliyyədir, çünki bu tip sistemlər çox bahalıdır. Digəri isə texniki baxım şərtləridir ki, bu tip cihazlar mürəkkəb quruluşa malik olduğundan, hər hansı texniki problem yarandıqda servisə müraciət edilməli olur və buna da vaxt sərf edilir. Bu sistemlər müxtəlif təbii şəraitlərə də davamlı olmalıdır (yəni toza, temperatura, yağışa). Bizim hazırladığımız sistem isə bu problemləri əhəmiyyətli dərəcədə həll edir. Bu qurğunun strukturu o qədər də qəliz deyil, belə ki, hər hansı texniki problem yarandıqda istifadəçi mərkəzi stansiyada olan istifadəçi interfeysi vasitəsilə problemin harada olduğunu təyin edə bilər və texniki servis çağırmadan belə problemi həll etmək mümkün olar. Ağıllı suvarma texnologiyasının əsas məqsədi odur ki, suya qənaət edilsin.

- Ağıllı suvarma sistemləri kənd təsərrüfatında hansı növ bitkilər üçün ən faydalıdır?

-Bu qurğu bütün növ bitliklər üçün əlverişlidir (su sevən bitkilər istisna olmaqla). Məsələn kahı, qarğıdalı, kartof, kələm əkilən sahələri yoxlamışıq və ümumi məhsuldarlığa yüksək təsir etdiyini gördük.

Ümid edirəm ki, ağıllı suvarma sistemi torpaqlarımızda məhsuldarlığın artmasına, suyun əkin sahələrində qənaət edilməsinə imkan yaradacaq.

Layihənin icrası üçün qrant çərçivəsində KOBİA-dan maliyyə dəstəyi almışıq və təbii ki, Bakı Dövlət Universiteti də bu istiqamətdə bizə hərtərəfli dəstək göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir