LAYİHƏYƏ ƏSASƏN YENİ MƏRKƏZLƏR YARADILMIŞDIR
BMT-nin İnkişaf Proqramı ilə İqtisadi İnkişaf Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda kiçik və orta özəl müəssisələrə yardım” layihəsi bu ilin fevralında başa çatacaqdır. Layihə çərçivəsində Bakıda sahibkarlıkğa kömək, Quba, Gəncə və Cəlilabadda isə regional biznesə yardım mərkəzləri yaradılmışdır.
Layihənin milli meneceri Həsən Hüseynov AZƏRTAC-a bildirmişdir ki, üçillik layihənin dəyəri 550 min dollardır. Bu müddətdə biznes-konsaltinq, marketinq xidmətləri göstərmək üçün 2100 nəfər sahibkar müraciət etmişdir. Hazırlanmış 151 biznes planının 97-si Bakı Sahibkarlıq Mərkəzinə, 54-ü isə regional mərkəzlərə aiddir.
Layihənin müddətinin daha bir il uzadılması barədə BMT ilə İqtisadi İnkişaf Nazirliyi arasında razılıq əldə olunduqdan sonra əsas fəaliyyətin elektron ticarəti sahəsinə yönəldilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]