Lənkəran-Astara bölgəsi çaylarında sululuğun kəskin artımı qeydə alınıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Son zamanlar yağan intensiv yağışlar nəticəsində respublikanın əksər bölgələrində çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Xüsusilə Lənkəran-Astara bölgəsi çaylarında kəskin artım müşahidə olunub. Lənkərançay çayında suyun səviyyəsi 1 metr 50 santimetr, Viləşçayda 57 santimetr artıb. Nəticədə həmin çaylarda sel və daşqınlar yaranıb. Ən çox artım isə oktyabrın 4-ü axşam qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
A.Verdiyev bildirib ki, oktyabrın 5-dən başlayaraq artıq çaylarda suyun səviyyəsi azalıb. Növbəti günlər ərzində də azalma müşahidə ediləcəyi ehtimalı var.
Baş hidroloq cənub bölgəsində yağan intensiv yağışların və çaylarda sululuğun artımının payız fəsli üçün xarakterik olduğunu da qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]